Badamdar qəsəbəsi, 3-cü massivdə 3 sot torpaq sahəsində inşa edilmiş 2 mərtəbəli 7 otaqlı həyət evi satışa təqdim olunur.
Ümumi sahəsi 210 m² olan ev satış məqsədilə tikilmiş standart layihələrdən deyil, şəxsi yaşayış üçün keyfiyyətə önəm verilərək inşa edilib. Həm evin, həm də torpaq sahəsinin çıxarışı (kupçası) mövcuddur ki, bu da alqı-satqı baxımından ciddi üstünlükdür.
Yerləşməsi, sənədlərinin tam qaydasında olması və tikinti keyfiyyəti ilə seçilən bu əmlak yaşayış üçün hazır və etibarlı seçimdir. Ətraflı məlumat və baxış üçün əlaqə saxlaya bilərsiniz.