Badamdar qəsəbəsi, 3-cü massivdə asfalt örtüklü küçədə, prestijli və rahat yaşayış mühitinə malik ərazidə yerləşən həyət evi satışa təqdim olunur.
Əmlak möhtəşəm dəniz və şəhər panoramasına malikdir. Bütün kommunal xətlər – qaz, su, işıq, internet mövcuddur. İstilik sistemi kombidir, ərazi 24 saat videomüşahidə sistemi ilə təmin olunub.
Yerləşməsi gündəlik həyat üçün olduqca əlverişlidir. Məktəbə təxminən 7 dəqiqə, marketə 5 dəqiqə, avtobus dayanacağına 3 dəqiqə, uşaq bağçasına isə cəmi 2 dəqiqəlik məsafədə yerləşir.
Çıxarışın (kupçanın) alınması ilə bağlı heç bir hüquqi problem yoxdur. Real alıcı ilə razılaşma əldə olunduqdan sonra çıxarış rəsmiləşdirilərək əmlak yeni sahibinə təhvil veriləcək.