Elmlər Akademiyası metrosu yaxınlığında 3 otaqlı mənzil icarəyə verilir
Mətbuat prospektində, Elmlər Akademiyası metrosuna və Bakı Dövlət Universitetinə yaxın ərazidə yerləşən 3 otaqlı, 100 m² sahəyə malik mənzil uzunmüddətli icarəyə təklif olunur.
Mənzil 15 mərtəbəli binanın 11-ci mərtəbəsində yerləşir. Tam təmirli və tam əşyalıdır. Yaşayış üçün zəruri olan bütün mebel və məişət avadanlıqları ilə tam şəkildə təchiz olunub.
Mənzil 2-dən 3-ə düzəlmədir. Uşaq otağının pəncərəsi mənzilin daxili hissəsinə açılır.
Ərazi olduqca əlverişlidir. Elmlər Akademiyası metrosu, Bakı Dövlət Universiteti, məktəblər, marketlər, restoranlar və digər iaşə obyektləri yaxın məsafədə yerləşir.
İcarə qiyməti: 850 AZN/ay
Uzunmüddətli kirayəçilərə üstünlük verilir.
Ofis haqqı: 30%